2026-cı il dünya çempionatının püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşkün nəticələri belə olub:
A qrupu: Meksika, CAR, Cənubi Koreya, Avropa pley-offu (Çexiya - İrlandiya / Danimarka - Şimali Makedoniya)
B qrupu: Kanada, Avropa pley-offu (Uels - Bosniya və Herseqovina / İtaliya - Şimali İrlandiya), Qətər, İsveçrə,
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Avropa pley-offu (Slovakiya - Kosovo / Türkiyə - Rumıniya)
E qrupu: Almaniya, Kurasao, Fil Dişi Sahili, Ekvador
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Qıtələrarası pley-off (Boliviya / Surinam - İraq), Norveç
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Qitələrarası pley-off (Yeni Kaledoniya / Yamayka - Konqo DR), Özbəkistan, Kolumbiya
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
-------------
Bu gün ABŞ-nin paytaxtı Vaşinqtondakı İncəsənət İcra Mərkəzində 2026-cı il dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Sportnet.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Mundialın 48 iştirakçısı püşk öncəsi 4 səbətə bölünüb:
1-ci səbət: ABŞ, Meksika, Kanada, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, CAR
4-cü səbət: İordaniya, Kabo Verde, Qana, Kürasao, Haiti, Yeni Zelandiya və qitələrarası pley-off, eləcə də Avropa üzrə əlavə seçmə matçlarının qalibi olacaq 6 komanda
Püşkatma nəticəsində 48 komanda 12 qrupa (A – L) bölünəcək. Qaydalara əsasən, bir qrupda eyni konfederasiyadan yalnız bir komanda ola bilər. Avropa yığmaları üçün istisna tətbiq edilir – hər qrupda azı bir, çoxu iki Avropa komandası yer ala bilər.
DÇ-2026-nın final oyunu Nyu-York yaxınlığında yerləşən İst Ruterford şəhərindəki məşhur "MetLife Stadium"da keçiriləcək.












































































