ABŞ-nin “İnter Mayami” komandasının futbolçuları Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar.
Sportnet.az-ın məlumatına görə, bu, MLS Kuboku–2025-in pley-off finalında “İnter Mayami”nin “Vankuver Uaytkaps” üzərində 3:1 hesablı qələbəsindən sonra rəsmiləşib.
Hər iki ispaniyalı futbolçu klub kariyerasındakı son oyununu bu qarşılaşmada keçirib.
37 yaşlı Serxio Buskets artıq 2025-ci ilin sentyabrında mövsümün sonunda karyeranı bitirəcəyini açıqlamışdı. O, peşəkar futbola 2008-ci ildə “Barselona”da başlamış, ardıcıl 15 mövsüm bu klubun heyətində çıxış etmişdi. 2023-cü ildə “İnter Mayami”yə keçən yarımmüdafiəçi klub səviyyəsində ümumilikdə 840 matça çıxıb, 19 qol vurub, 62 məhsuldar ötürmə verib.
Buskets klublar səviyyəsində ümumilikdə 35 titul qazanıb. Bunlar arasında La Liqanın 9, İspaniya Kuboku və Superkubokunun hərəsinin 7 dəfə qalibiyyəti, həmçinin Çempionlar Liqası, UEFA Superkuboku və Klub Dünya Çempionatının hər birinin 3 qələbəsi yer alır. O, həmçinin MLS müntəzəm mövsümü, Şimali Amerika Liqa Kuboku və MLS Kubokunda da bir dəfə titul qazanıb.
İspaniya millisində Buskets 143 oyun keçirib, 2 qol, 9 asistlə yadda qalıb və komanda ilə birlikdə DÇ–2010 və AVRO-2012-də çempionluq yaşayıb.
36 yaşlı Jordi Alba isə 2025-ci ilin oktyabrında karyerasını başa vuracağını elan etmişdi. “Barselona” və “Valensiya” akademiyalarının yetirməsi olan müdafiəçi “Ximnastik”, “Valensiya”, “Barselona” və son olaraq “İnter Mayami”də çıxış edib.
Onun klub kariyerasının statistikası: 708 oyun, 52 qol, 135 asist.
Alba ümumilikdə 21 titul qazanıb — La Liqa (6), İspaniya Kuboku (5), Superkubok (4), həmçinin Çempionlar Liqası, UEFA Superkuboku, Klub Dünya Çempionatı və MLS-də qazanılmış kubokların hərəsi bir dəfə.
İspaniya millisində o, 93 matça çıxıb, 9 qol, 22 asist edib və AVRO-2012 ilə Millətlər Liqası–2023də qələbə qazanıb.

















































































