Azərbaycan Premyer Liqasında XIV turun "Qəbələ" - "Turan Tovuz" oyunu qatı duman səbəbindən təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə görüşün baş hakimi Tural Qurbanov qərar qəbul edib.
Qəbələ şəhər stadionunda elan olunub ki, qarşılaşma dekabrın 9-da günorta saatlarında qaldığı yerdən - 22:30-cu dəqiqədən davam etdiriləcək. Biletlər sabah da keçərli olacaq.
Qeyd edək ki, matç dayandırıldığı vaxt hesab 0:0 idi.
--------------------------
*** 17:24
Azərbaycan Premyer Liqasında XIV turun "Qəbələ" - "Turan Tovuz" oyununda VAR-la bağlı problem yaranıb.
Sportnet.az-ın məlumatına görə, səbəb dumanlı hava şəraiti ilə əlaqədar uzaq kameraların işləməməsidir.
Problem barədə baş hakim Tural Qurbanov komandaların kapitanlarını məlumatlandırıb.
Az sonra isə - 22:30-cu dəqiqədə isə oyun dayandırılıb. Referi komandaları paltardəyişmə otağına göndərib. Hələlik matçın taleyi ilə bağlı qərar verilməyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.















































































