"Sabah" komandası "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XIV tur matçında itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, 85-ci dəqiqədə Aleksey İsayev rəqib müdafiəçi İqor Ribeyro ilə mübarizədə ayağından xəsarət alıb.
Görüşü davam etdirə bilməyən 30 yaşlı yarımmüdafiəçi yerini Ayaz Quliyevə verib. Hazırda "Sabah" 2:0 hesabı ilə öndədir.
Qeyd edək ki, Aleksey İsayev bu yaxınlarda uzunmüddətli zədədən qayıdıb.













































































