Azərbaycanın beynəlxalq dərəcəli hakimləri UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az xəbər verir ki, FIFA referisi Elçin Məsiyev Avropa Liqasında VI turun "Frayburq" (Almaniya) - "Zaltsburq" (Avstriya) matçının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimləri, Əliyar Ağayev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İgiltərəli Stüart Attuell VAR hakimi, niderlandlı Pol van Bökel VAR hakiminin köməkçisi olacaq.
Qeyd edək ki, dekabrın 11-də Frayburq şəhərindəki "Wolfswinkel" stadionunda keçiriləcək oyun bbBakı vaxtı ilə saat 00:00-da başlanacaq.












































































