"Sumqayıt" və "İmişli" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XIV tur matçında kütləvi dava düşüb.
Sportnet.az-ın məlumatına görə, insident uzatma dəqiqələrində yaşanıb.
qonaq komandanın futbolçusu İbrahim Əliyev kənara çıxan topun ona gec verildiyini bildirərək, yerli komandanın legioneri Aleksandr Ramalinqomla mübahisə edib. Münaqişəyə digər futbolçular və məşqçilər heyəti də qarışııb.
Ara sakitləşdikdən sonra referi Əliyar Ağayev məşqçi Veliçko Kaplanoviçə qırmızı vərəqə göstərib.









































































