"Qarabağ" komandası UEFA Çempionlar Liqasının VI tur matçında Niderland "Ayaks"ını qəbul edib.
Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.
Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Kamilo Duran vurub. Kolumbiyalı hücumçu əsas mərhələdə ikinci dəfə fərqlənib. 39-cu dəqiqədə Kasper Dolberq uzaqdan zərbə ilə ilk yarıda hesabda tarazlıq yaradıb.
47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı önə keçirib. Lakin rəqib etdiyi əvəzləmələrlə matçın gedişində dönüş yarada bilib. Oskar Qlux 79-cu və 90-cı, Anton Qoei 83-cü dəqiqədə fərqlənib.
Beləliklə, "Ayaks" əsas mərhələdə 5 məğlubiyyətdən sonra ilk xallarını "Qarabağ" üzərində qazanıb.
-------------------
UEFA Çempionlar Liqasının VI turunda Azərbaycan çempionu Qarabağ bu gün Niderlandın “Ayaks” klubunu qəbul edəcək.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
Turun ilk oyun gününün nəticələrindən sonra "Qarabağ" 2 pillə geriləyib və 7 xalla 21-ci mövqeyə enib. Lakin qələbə təqdirində, baş məşqçi Qurban Qurbanovun komandası "16-lığ"a daxil olacaq.
“Ayaks” isə 5 oyundan sonra yeganə xalsız klubdur. Niderland təmsilçisi Bakıda da uduzsa, növbəti mərhələ şanslarını faktiki əldən verəcək.
4 oyundur qalib gələ bilməyən "Qarabağ"ın heyətində yalnız Kadi Borges zədə üzündən yer almayacaq. Əvəzində "Ayaks" 6 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Amsterdam təmsilçisi bu görüşdə Kennet Teylor, Vaut Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berquisin xidmətindən istifadə edə bilməyəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 - Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qoei, 83
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Yan xətt hakimləri: Yure Praprotnik, Qreqa Kordej
Dördüncü hakim: Mateo Tozan
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Yens Futterknext (Almaniya)
Tofiq Bəhramov adına Respublika stadionu














































































