UEFA Avropa Liqasında VI turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Fənərbağça" Norveçdə "Brann"ın qonağı olub.
Görüş İstanbul komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. İlk qolu 5-ci dəqiqədə Kerem Aktürkoğlu vurub. Anderson Taliska isə 36-cı, 44-cü və 65-ci dəqiqələrdə fərqlənərək, "het-trik" edib. "Brann" 18-ci dəqiqədə Eyvinn Hellannın qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.
Bu nəticədən sonra "Fənərbağça" 11 xalla 12-ci pilləyə yüksəlib.
UEFA Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur
11 dekabr
21:45. "Dinamo Zaqreb" (Xorvatiya) - "Betis" (İspaniya) - 1:3
21:45. "Ferentsvaroş" (Macarıstan) - "Reyncers" (Şotlandiya) - 2:1
21:45. "Yanq Boys" (İsveçrə) - "Lill" (Fransa) - 1:0
21:45. "Midtüllann" (Danimarka) - "Genk" (Belçika) - 1:0
21:45. "Lüdoqorets" (Bolqarıstan) - PAOK (Yunanıstan) - 3:3
21:45. "Şturm" (Avstriya) - "Srvena Zvezda" (Serbiya) - 0:1
21:45. "Nitsa" (Fransa) - "Braqa" (Portuqaliya) - 0:1
21:45. "Ştutqart" (Almaniya) - "Makkabi Təl-Əviv" (İsrail) - 4:1
21:45. "Utrext" (Niderland) - "Nottingem Forest" (İngiltərə) - 1:2
00:00. "Portu" (Portuqaliya) - "Malmö" (İsveç) - 2:1
00:00. "Lion" (Fransa) - "Qo Ehed İqlz" (Niderland) - 2:1
00:00. "Seltik" (Şotlandiya) - "Roma" (İtaliya) - 0:3
00:00. "Bazel" (İsveçrə) - "Aston Villa" (İngiltərə) - 1:2
00:00. "Frayburq" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 1:0
00:00. FCSB (Rumıniya) - "Feyenoord" (Niderland) - 4:3
00:00. "Selta" (İspaniya) - "Bolonya" (İtaliya) - 1:2
00:00. "Panatinaikos" (Yunanıstan) - "Viktoriya" (Çexiya) - 0:0
00:00. "Brann" (Norveç) - "Fənərbaxça" (Türkiyə) - 0:4









































































