“Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi buna 137-ci oyununda nail olub.
Bayramov XV turda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.
O, çempionat tarixində 25 qol vuran 130-cu oyunçudur. Müdafiəçi bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. "Araz-Naxçıvan”ın üzvü Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.








































































