Abdullah Zubir Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi XV tura təsadüf edib.
O, “Araz-Naxçivan”la qarşılaşmada (5:1) meydançaya sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir Azərbaycanda yalnız “Qarabağ” forması geyinib.
34 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.
Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.








































































