Fransanın PSJ klubu FIFA Qitələrarası Kubokunun sahibi olub.
Sportnet.az xəbər verir ki, Paris təmsilçisi Qətərdə baş tutan həlledici görüşdə Braziliyanın "Flamenqo" kollektivini üstələyib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu kollektiv Qitələrarası Kuboka sahib çıxıb.
"Flamenqo"da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo sonadək ehtiyatda qalıb. O, elə ehtiyatda ola-ola hakimlə mübahisə etdiyi üçün sarı vərəqə alıb.
Qeyd edək ki, PSJ tarixində ilk dəfə Qitələrarası Kuboka sahib çıxıb.











































































