Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Yevlax şəhər stadionunda "Kəpəz" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. FIFA referisi Kamal Umudlunun idarə etdiyi Qərb derbisi "Turan Tovuz"un qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 6-cı dəqiqədə Alexandro Serrano açıb. 47-ci dəqiqədə isə Joarlem Santos yekun nəticəni müəyyənləşdirib.
Bununla da xalını 27-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. 3-cü pillədəki "Sumqayıt" və 5-ci mövqedəki "Zirə" də eyni xala malikdir. Dekabrın 20-də "Zirə" "İmişli"ni, dekabrın 22-də "Sumqayıt" "Sabah"ı qəbul edəcək.
Qeyd edək ki, "Turan Tovuz" "Kəpəz"lə 14 qarşılaşmadan 3-də uduzsa da, 10-da qələbə qazanıb. Cəmi 1 matçda heç-heçə qeydə alınıb. Hazırda topların nisbətində də tovuzluların ciddi üstünlüyü var - 28:9. “Turan Tovuz” son 10 oyunda qol vurub. Axırıncı üç qarşılaşmada böyükhesablı nəticə qeydə alınsa da, bu dəfə ənənə pozulub.
Azərbaycan Premyer Liqası, XVI tur
19 dekabr (cümə)
14:00. “Kəpəz” – “Turan Tovuz” - 0:2
Qollar: Alexandro Serrano, 6. Joarlem Santos, 47
Sarı vərəqələr: Adama Fofana, 12 (qeyri-idman hərəkəti); Dioqo Verdaska, 26 (qeyri-idman hərəkəti) - Xorxe Silva, 12 (qeyri-idman hərəkəti); Fərid Yusifli, 36 (qeyri-idman hərəkəti)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 500 tamaşaçı
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev (66. Arzu Atakişiyev, 60) 77. Fərid Nəbiyev (99. Əli Səmədov, 60) 5. Rauf Hüseynli (53. Şahmar Aşurov, 75) 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa (23. Fərid Kələntərov, 75) 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 17. Ümid Səmədov 15. Raul Məmmədov 20. Elcan Əbilov 80. Şahnur İsmayılov 83. Raul İsaqov 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov
“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç (10. Xəyal Nəcəfov, 89) 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov (21. Aleks Souza, 71) 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos (17. Rəhim Sadıqov, 89) 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev
Qeyd edək ki, qış fasiləsi öncəsi son turun qalan oyunları 20 - 22 dekabrda keçiriləcək.
İRİ














































































