"Turan Tovuz"un qış hazırlıq proqramı müəyyənləşib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Kurban Berdıyev məlumat verib.
Türkmənistanlı mütəxəssis bildirib ki, Tovuz təmsilçisi 2026-cı il yanvarın 4-dən 18-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesinin ikici həftəsində 2 yoxlama oyunu olacaq. Qarşılaşmalar 10 - 17 yanvarda nəzərdə tutulub.













































































