Azərbaycan Premyer Liqasında XVI turun daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Karvan-Yevlax" və "Neftçi" komandaları üz-üzə gəlib.
Yevlax şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 45+8-ci dəqiqədə penaltidən "Karvan-Yevlax"ın kapitanı Araz Abdullayev açıb. O, keçmiş komandasını cəzalandırıb.
Fasilədən sonra "Neftçi" oyunda dönüş etməyi bacarıb. 61-ci dəqiqədə Bassala Sambu bərabərlik topunu vuraraq, aktivindəki qol sayını 6-ya çatdırıb. Oyunun uzatma dəqiqələrində baş hakim Əliyar Ağayev daha bir penalti təyin edib. 90+7-ci dəqiqədə ələ düşən imkanı "ağ-qaralar"ın kapitanı Emin Mahmudov qaçırmayıb və çempionatda 5-ci qolunu vurub.
Günün digər matçında isə "Zirə" və "İmişli" komandaları üz-üzə gəlib. Görüş qolsuz yekunlaşıb - 0:0.
Beləliklə, xalını 28-ə çatdıran "Zirə" 3-cü pilləyə yüksəlib. "Neftçi" 20 xalla 8-ci, "İmişli" 17 xalla 9-cu, "Karvan-Yevlax" 6 xalla sonuncu - 12-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib - 2:0. Qalan görüşlər 21-22 dekabrda keçiriləcək.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar debütantların iştirakı ilə gerçəkləşəcək.
Yevlax şəhər stadionunda "Karvan-Yevlax" "Neftçi"ni qəbul edəcək. Saat 14:00-da başlanacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Bu mövsüm hər iki komanda qeyri-sabit çıxışı ilə diqqət çəkir. Azərbaycan Kubokunda mübarizəni 1/8 finalda dayandıran kollektivlər yollarına yalnız çempionatda davam edirlər. "Karvan-Yevlax" 15 oyundan 6 xalla sonuncu - 12-ci, "Neftçi" isə 17 xalla 8-ci yerdə gedir. Bu komandalar indiyədək bir dəfə üz-üzə gəliblər. I dövrədəki matç qolsuz yekunlaşıb.
Günün digər matçında isə daha bir debütant "İmişli" "Zirə"nin qonağı olacaq. Saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq görüşü baş hakim Cavid Cəlilov idarə edəcək.
Hazırda 27 xalla 5-ci yerdə gedən "Zirə" qələbə qazansa, 3-cü pilləyə yüksələcək. "İmişli" isə 16 xalla 9-cu yerdə gedir.
Komandalar arasında cari mövsümə təsadüf edən yeganə görüşdə heç-heçə qeydə alınıb. İmişli və paytaxt təmsilçiləri hərəyə bir qola sevinib.
Azərbaycan Premyer Liqası, XVI tur
20 dekabr (şənbə)
14:00. “Karvan-Yevlax” – “Neftçi” - 1:2
Qollar: Araz Abdullayev, 45+8 (pen.) - Bassala Sambu, 61; Emin Mahmudov, 90+7 (pen.)
Sarı vərəqələr: Olavale Doyeni, 34 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 61 (qeyriidman hərəkəti); Mois Nqvisani, 62 (qeyri-idman hərəkəti); İmani Barker, 71 (oyunun bərpasının ləngidilməsi); Vadim Abdullayev, 82 (qeyri-idman hərəkəti) - İqor Ribeyro, 45+8 (qeyri-idman hərəkəti); Bassala Sambu, 47 (qeyri-idman hərəkəti); Mustafa Sek, 70 (qeyri-idman hərəkəti)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu, 4000 tamaşaçı
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) (14. Uğur Cahangirov, 86) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 2. Şakil Sno (77. Əli Abdullayev, 86) 11. Kayl Spens 37. Mois Nqvisani (13. Vüsal Məsimov, 77) 19. Tompson Qavi 8. Peter Kings (10. Samuel Durrant, 46) 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 22. Qabil Əlizadə 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan
Məşqçi: Füzuli Məmmədov
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin (77. Falaye Sako, 46) 11. İmad Faraj (28. Alessio Kurçi, 76) 10. Freddi Varqas (45. Vensan Abubakar, 83) 23. Cordan Rezabala (22. Luis Ortis, 66)
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç
Baş Məşqçi: Yuri Vernidub
16:30. “Zirə” – “İmişli” - 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib - 2:0. Qalan görüşlər 21-22 dekabrda keçiriləcək.














































































