Azərbaycan Premyer Liqasında XVI turun üçüncü oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Araz-Naxçıvan" və "Şamaxı" komandaları üz-üzə gəlib.
Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol fasilədən sonra vurulub.
Patrik Andrade 54-cü, Şarl Boli 87-ci dəqiqədə fərqlənib.
Bununla da xalını 26-ya çatdıran "Araz-Naxçıvan" 6-cı pillədə qalıb və ən yaxın izləyicisi "Şamaxı"nı 6 xal geridə qoyub.
Qeyd edək ki, XVI turun əvvəlki görüşlərində "Turan Tovuz" səfərdə "Kəpəz"i 2:0, "Neftçi" "Karvan-Yevlax"ı, "Qarabağ" "Qəbələ"ni 2:1 hesabı ilə yenib. "Zirə" - "İmişli" görüşü qolsuz yekunlaşıb - 0:0. Tura dekabrı 22-də keçiriləcək "Sumqayıt" - "Sabah" görüşü ilə yekun vurulacaq.
----------------------------
Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ" "Qarabağ"ı qəbul edib.
Qəbələ şəhər stadionunda təşkil olunmuş matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı artıq 6-cı dəqiqədə "Qəbələ"nin legioneri Prins Ovusu açıb. "Qarabağ"dan isə Bədavi Hüseynov 27-ci, Marko Yankoviç 79-cu dəqiqədə fərqlənib.
Bununla da "Qarabağ" xalını 36-ya çatdıraraq, yenidən liderliyə yüksəlib. "Qəbələ" isə qış fasiləsinə 8 xalla 11-ci pillədə yollanıb.
-------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gələcək. Qəbələ şəhər stadionunda saat 15:00-da start götürəcək qarşılaşmanı baş hakim Əli Əliyev idarə edəcək.
Hazırda "Qəbələ" 14 oyundan 8 xalla 11-ci, "Qarabağ" 15 görüşdən 33 xalla 2-ci pillədə qərarlaşıb.
İki komandanın əvvəlki qarşılaşmalarından 10-da "Qəbələ", 37-dən "Qarabağ" qalib ayrılıb, 16-da isə heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi xeyli öndədir - 106:47. “Qəbələ” son 25 oyunda bu rəqib üzərində qələbə qazanmayıb. “Qarabağ” son 11 matçda "qırmızı-qaralar"ın qapısına qol vurub.
Günün digər matçı isə "Araz-Naxçıvan" və "Şamaxı" arasında keçiriləcək. "Liv Bona Dea Arena"da saat 17:30-da başlanacaq görüşü baş hakim Fərid Hacıyev idarə edəcək. Hazırda bu komandalar müvafiq olaraq, 15 oyundan 23 xalla 6-cı və 20 xalla 7-ci pillələrdə qərarlaşıblar. "Şamaxı" səfər matçında qələbə qazansa, Naxçıvan komandasını geridə qoyaraq, 1 pillə irəliləyəcək.
Bu iki komanda arasında 10-cu görüş olacaq. Əvvəlki matçların 5-də "Araz-Naxçıvan", 2-də "Şamaxı" qələbə qazanıbsa, 2-də heç-heçə qeydə alınıb. Topların nisbətində də Naxçıvan təmsilçisinin üstünlüyü var - 9:5. “Araz-Naxçıvan” texniki nəticə nəzərə alınmasa, bütün görüşlərdə qol vurub. “Şamaxı” səfərdə qələbə qazanmayıb.
Azərbaycan Premyer Liqası, XVI tur
21 dekabr (bazar)
15:00. “Qəbələ” – “Qarabağ” - 1:2
Qol: Prins Ovusu, 6 - Bədavi Hüseynov, 27. Marko Yankoviç, 79
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu
17:30. “Araz-Naxçıvan” – “Şamaxı” - 2:0
Qollar: Patrik Andrade, 54. Şarl Boli, 87
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”
Qeyd edək ki, XVI turun əvvəlki görüşlərində "Turan Tovuz" səfərdə "Kəpəz"i 2:0, "Neftçi" "Karvan-Yevlax"ı 2:1 hesabı ilə yenib. "Zirə" - "İmişli" görüşü qolsuz yekunlaşıb - 0:0. Tura dekabrı 22-də keçiriləcək "Sumqayıt" - "Sabah" görüşü ilə yekun vurulacaq.















































































