“Zirə"nin qış hazırlıq planı bəlli olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" yanvarın 3-də Bakıda bir araya gələcək.
Bir həftəlik hazırlıq prosesinin ardından komanda toplanışın ikinci mərhələsi üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq.
Yanvarın 17-dək davam edəcək toplanış müddətində iki yoxlama oyunu planlaşdırılır.







































































