Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev "Araz-Naxçıvan"ı tərk edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.
Futbolçunun müraciəti nəzərə alınaraq, 33 yaşlı oyunçuya xidmətlərinə görə təşəkkür edilib, onunla mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.






































































