Rusiyanın “Dinamo Moskva” komandasının futbolçusu Ülvi Babayev “Spartak”a keçəcək.
Sportnet.az xəbər verir ki, bu barədə insayder və jurnalist İvan Karpov sosial şəbəkə hesabında yazıb.
Mənbənin sözlərinə görə, 21 yaşlı hücumçu bugünlərdə tibbi müayinədən keçəcək. Hazırda tərəflər arasında 2030-cu ilin yayınadək nəzərdə tutulan müqavilə ilə bağlı son detallər müzakirə olunur.
Əslən azərbaycanlı futbolçu “Spartak”a ya bu qış transfer pəncərəsində, ya da yayda azad agent kimi qoşula bilər.
Qeyd edək ki, Ülvi Babayev “Dinamo Moskva” akademiyasının yetirməsidir. Hücumçu cari mövsümdə bütün turnirlərdə 15 oyunda 5 qol vurub. Futbolçunun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 750 min avrodur.






































































