İspaniya “Real Madrid”inin və Braziliya milli komandasının sabiq futbolçusu Roberto Karlos ürəyində yaranan problemlərlə əlaqədar əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Melçor Ruis məlumat yayıb.
52 yaşlı keçmiş müdafiəçisinin həyatı üçün təhlükə yoxdur. O, bir müddət həkimlərin nəzarəti altında qalacaq.
Qeyd olunur ki, Robertо Karlosa ayağında tromb aşkarlandıqdan sonra əməliyyat olunması zərurəti yaranıb. Tibbi müayinələr zamanı onun ürəyində də problemlər üzə çıxıb.
Xatırladaq ki, Roberto Karlos peşəkar futbolçu karyerasını 2016-cı ildə başa vurub. O, müxtəlif illərdə “Union San-Juan”, “Atletiko Mineyro”, “Palmeyras”, “İnter”, “Real Madrid”, “Fənərbağça”, “Korintians”, “Anji” və “Dehli Daynamos” klublarında çıxış edib.











































































