Rumıniyanın FCSB klubu qış hazırlıq toplanışında "Qarabağ"la yoxlama oyunu keçirməkdən imtina edib.
Sportnet.az-ın məlumatına görə, Türkiyədə keçiriləcək təlim-məşq toplanışında klub yalnız bir yoxlama matçı keçirməyi planlaşdırıb.
Komandanın meneceri Mihay Stoyka "Prima Sport"a açıqlamasında "Qarabağ"dan oyun təklifi aldıqlarını təsdiqləyib. Lakin təqvim uyğunsuzluğu və risk amilləri səbəbindən bu görüş baş tutmayıb.
Stoyka məsələ ilə bağlı zarafatla belə deyib: “Bizim cəmi bir oyunumuz var. "Qarabağ" da soruşdu ki, onlarla oynamaq istəyirikmi. Lakin Azərbaycan çempionları döyüş ruhumuzu sındıra bilərdilər (yox, bu azərbaycanlıların hazırkı yaxşı forması ilə bağlı zarafat idi - red.). Oyun ola bilərdi, lakin onlar yanvarın 12-də oynamaq istəyirdilər, biz isə yanvarın 16-da Piteştidə "Arceş"ə qarşı Rumıniya Super Liqası matçına çıxacağıq. Keçən il iki heyətlə oynamaq istədik, üstəlik "Hamburq"la da razılaşdıq. Hərçənd, artıq Ukrayna "Dinamo Kiyev"i ilə görüşümüz olmuşdu. Nəticədə futbolçumuz Darius Olaru zədələndi. Mən dedim ki, bir daha belə risk etməyəcəyəm".
Qeyd edək ki, FCSB Türkiyə toplanışında yalnız "Beşiktaş"la yoxlama oyunu keçirəcək. “Qarabağ” isə yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Komanda toplanış zamanı yoxlama matçlarını yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb.












































































