Yeni baş məşqçi Yuri Vernidubun “Neftçi” ilə müqaviləsində Rusiyaya qarşı xüsusi bənd var.
Sportnet.az "ТаТоТаке" yutub kanalına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Rusiya klubları ilə hər hansı peşəkar əlaqəni istisna edib.
Həmin xüsusi bəndə əsasən, Rusiya klubları ilə transferlərə və yoldaşlıq oyunlarına qadağa qoyulub.
Qeyd edək ki, Yuri Vernidub daha əvvəl Ukraynanın “Zarya” və "Krivbass", Belarusun “Şaxtyor Soliqorsk”, Moldovanın “Şerif” klublarının baş məşqçisi olub. O, 9 dekabrdan “Neftçi”nin baş məşqçisi vəzifəsini icra edir.
Hazırda Azərbaycan Premyer Liqasında 16 tur geridə qalıb. Bu oyunlardan sonra “Neftçi” 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

















































































