"Qarabağ"ın Türkiyədə keçirəcəyi təlim-məşq toplanışında ilk rəqibi Özbəkistanın "Neftçi" klubu olacaq.
Sportnet.az Fərqanə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 12-də Antalyada təşkil olunacaq qarşılaşma saat 16:00-da başlanacaq.
Görüşün vaxtı dəyişə bilər.
"Qarabağ"ın yanvarın 16-da keçirəcəyi yoxlama matçında rəqibi hələlik müəyyənləşməyib.














































































