"Qalatasaray" komandası Türkiyə Super Kubokunda finala yüksəlib.
Sportnet.az xəbər verir ki, "sarı-qırmızılar" yarımfinal görüşündə "Trabzonspor"u darmadağın edib - 4:1.
Qalib komandadan qolları Barış Alper Yılmaz 38-ci, Eren Elmalı 45-ci, Yunus Akgün 63-cü, Mauro İkardi 81-ci dəqiqədə vurub. "Trabzonspor"dan isə Felipe Auqusto 55-ci dəqiqədə fərqlənib.
Yanvarın 6-da "Fənərbağça" və "Samsunspor" digər yarımfinal görüşündə üz-üzə gələcək. "Qalarasaray"ın finaldakı rəqibi məhz bu cütün qalibi olacaq.
Qeyd edək ki, həlledici qarşılaşma yanvarın 10-da İstanbul Atatürk stadionunda keçiriləcək.












































































