“Neftçi” Səudiyyə Ərəbistanının paytaxtı Əbu Dabidəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşıb.
“321 Sports Club” stadionunda baş tutan matçda Bakı komandası 3:0 hesabı ilə qalib gəlib. Qolları Ağadadaş Salyanski (67-ci dəqiqə), Vensan Abubakar (89-cu dəqiqə) və Murad Məmmədov (90+2-ci dəqiqə) vurublar.
Baş məşqçi Yuri Vernidub bu futbolçulara şans verib: 1.Emil Balayev (Rza Cəfərov, 65), 5.İqor Ribeyro (17.Murad Xaçayev, 46), 7.Emil Səfərov (19.Ağadadaş Salyanski, 46), 8.Emin Mahmudov (K) (14.Edvin Kuç, 60), 9.Bassala Sambu (45.Vensan Abubakar, 46), 11.İmad Faraj (88.Andrey Ştoqrin, 46), 15.Elvin Bədəlov (82.Məhəmməd Məmmədli, 69), 18.İfeanyi Metyu (4.Elvin Camalov, 46), 23.Cordan Rezabala (47.Murad Məmmədov, 60), 24.Mustafa Sek (22.Luis Ortis, 60), 27.Kristian Kostin (77.Falaye Sako, 73).
Qeyd edək ki, "Neftçi" yanvarın 13-də “Piramids” (Misir), yanvarın 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.




































































































