"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin alkoqollu içkilərdən istifadəyə dair bir neçə müdrik məsləhət verib.
Sportnet.az-ın məlumatına görə, 79 yaşlı mütəxəssis fərqli ölkələrdə yerli ənənələrə uyğun içkilərə üstünlük verdiyini bildirib.
O deyib: “Almaniyadayamsa, mütləq pivə içmək lazımdır. Onlar pivəni keyfiyyətli və ənənəvi şəkildə hazırlayırlar. Sosisləri, rulkaları da çox yaxşı alınır. İtaliyada, təbii ki, şərab içmək lazımdır. İngiltərə və ya Şotlandiyada isə viski. Rusiyada olanda isə çeşidi artırmaq olar və niyə də qış vaxtı bir rümka araq içməyəsən? Mən ənənələri dəstəkləyirəm. Bizdə araq çox keyfiyyətlidir”.
Syomin alkoqoldan istifadə zamanı ölçünün vacibliyini də vurğulayıb: “İçmək yox, dadmaq lazımdır. Zövq yalnız o zaman olur ki, elə miqdarda içəsən, bu sənə şən olmağa imkan versin. Amma həddi aşanda nə sən zövq alacaqsan, nə də həmsöhbətin”.
Qeyd edək ki, Yuri Syomin "Qəbələ"də 2013-cü il mayından 2014-cü il mayınadək çalışıb.















































































