Türkiyə Super Kuboku uğrunda final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həlledici qarşılaşmada İstanbul təmsilçiləri “Qalatasaray” və “Fənərbağça” üz-üzə gəliblər.
Matç İstanbulda yerləşən “Atatürk Olimpiya” stadionunda baş tutub.
Görüş “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 28-ci dəqiqədə yeni transfer, fransalı yarımmüdafiəçi Matteo Genduzi açıb. İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə müdafiəçi Ceyden Ostervolde fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Beləliklə, “Fənərbağça” Türkiyə Super Kubokunu tarixində 10-cu dəfə qazanıb. İstanbul klubu sonuncu dəfə bu titula 2014-cü ildə sahib çıxmışdı.
“Qalatasaray” isə turnirin finalında ikinci mövsüm ardıcıl olaraq məğlubiyyətlə üzləşib.














































































