Bu gün “Neftçi” komandası Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki təlim-məşq toplanışında ikinci yoxlama oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, rəqib Misir təmsilçisi "Piramids" olacaq.
Bakı vaxtı ilə saat 18:00-da start götürəcək görüş “Məhəmməd bin Zayed” stadionunda baş tutacaq.
Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.











































































