“Qəbələ” klubu futbolçusu Jondo Fuxsla yollarını ayırıb.
Sportnet.az "qırmızı-qaralar"ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fuxs “Qəbələ”yə 2025-ci il sentyabrın 10-da transfer olunub. Həmin vaxt Kamerun əsilli fransalı oyunçu ilə 1 illik müqavilə bağlanılıb.
Beləliklə, Fuxs komandada cəmi 4,5 ay qala bilib.
















































































