"Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında zədələnmiş "Neftçi"nin futbolçusu Freddi Varqasın durumuna aydınlıq gəlib.
Klubun mətbuat katibi Asəf Zeynallının Sportnet.az-a verdiyi məlumata görə, ilk yarıda aldığı zərbə nəticəsində venesuelalı yarımmüdafiəçinin ayağında dəri qatı cırılıb.
Nəticədə 27 yaşlı oyunçunun ayağına 7 tikiş qoyulub.
Varqas bu həftə fərdi, gələn həftədən komanda ilə birlikdə məşqlərdə iştirak edəcək.
Klub rəsmisi onu da bildirib ki, təcrübəli futbolçu "Araz-Naxçıvan"la qarşılaşmada sarı vərəqə limitini doldurduğu üçün növbəti turun "Qəbələ" ilə ev oyununu buraxmalı olacaq.
Xatırladaq ki, "Neftçi" Naxçıvan komandasını böyük hesabla məğlub edib - 4:0. Freddi Varqas bu matçın birinci hissəsində komandasına kömək edib.








































































