"Kəpəz" Misli Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "İmişli" ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
-
"Rəqibin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Meydança oynamağa imkan vermir. Rəqib də daha çox fiziki oynamağa çalışır".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov səfərdə "İmişli" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis komandasının yaxşı mübarizə apardığını bildirib: "4 gün əvvəl çətin kubok oyunumuz olub. Sevindiricidir ki, bu matçı zədəsiz başa vurduq və heç olmasa 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlarımız var. Mübarizə hələ davam edir".

Bağırov "Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev barədə də danışıb: "Veysəl hazırda palatadadır. Müalicə olunur. Belə məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. İnanıram ki, hər şey həm klubumuz, həm də Veysəl üçün daha yaxşı olar. Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə balaca şəhərdir. Bütün futbolçulara nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi. Belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə, ölçü götürüləcək".













































































