Faiq Hacıyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”un kapitanının yubileyi “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəldikləri matça təsadüf edib.
O, Azərbaycan Premyer Liqasının XIX turunun görüşünə start heyətində çıxıb.
Hacıyev keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.
25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/2020 mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt edən Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.
Qeyd edək ki, Faiq Hacıyev turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.






































































