Azərbaycan Premyer Liqasında XXI turun "Neftçi" - "Qarabağ" matçı təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Rəsmi açıqlamada deyilir: "Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti, “Neftçi”nin razılıqla bağlı rəsmi cavabı əsasında Premyer Liqanın XXI turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi” - “Qarabağ” oyunu təxirə salınıb".
Qeyd edək ki, daha əvvəl "Neftçi" hazırlıq planını əsas gətirərək, "Qarabağ"ın müraciətinə mənfi cavab vermiş, bu isə ciddi müzakirələrə səbəb olmuşdu.







































































