Azərbaycan Premyer Liqasında XX turun turun daha bir görüşü "Zirə" və "Karvan-Yevlax" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 20-ci dəqiqədə Davit Volkov vurub. Zədəsini bu yaxınlarda sağaltmış gürcüstanlı hücumçu ardıcıl üçüncü matçda fərqlənib.
Beləliklə, xalını 35-ə çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. 6 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-ci pillədədir.
----------------------------
Azərbaycan Premyer Liqasında XX tura "İmişli" - "Qarabağ" matçı ilə start verilib.
Sportnet.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunmuş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı baş zərbəsi ilə vurub.
Minlərlə tamaşaçının izlədiyi görüşdə qırmızı vərəqələrin sayı qoldan da çox olub. Baş hakim Cavid Cəlilov 72-ci dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesə rəqibi vurduğu üçün birbaşa qırmızı vərəqə göstərib. 83-cü dəqiqədə isə "İmişli"nin futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydançadan qovulub.
Beləliklə, xalını 45-ə çatdıran "Qarabağ" lider "Sabah"la xal fərqini minimuma endirib. 19 xala malik "İmişli" isə yenə 9-cudur.
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XX turun ilk oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar elitanın debütantlarının iştirakı ilə gerçəkləşəcək.
Açılış matçında "İmişli" və "Qarabağ" komandaları üz-üzə gələcək.
Quba Olimpiya İdman Kompleksinin stadionunda saat 14:30-da baş tutacaq matçın baş hakimi Cavid Cəlilov olacaq.
Hazırda "Qarabağ" 19 oyundan 42 xalla 2-ci, "İmişli" 19 xalla 9-cu yerdə gedir. İki komanda indiyədək yalnız I dövrədə üz-üzə gəlib. Həmin oyunda Ağdam təmsilçisi qələbə qazanıb - 2:0.
Günün digər görüşündə "Zirə" və "Karvan-Yevlax" qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da başlanacaq matçı baş hakim Kamranbəy Rəhimov idarə edəcək. Hazırda "Zirə" 19 oyundan 32 xalla 3-cü, "Karvan-Yevlax" 6 xalla sonuncu - 12-ci yerdə gedir.
İlk dövrədəki matçda "Zirə" qələbə qazanıb - 3:2.
Azərbaycan Premyer Liqası, XX tur
14 fevral
14:30. “İmişli” – “Qarabağ” - 0:1
Qol: Musa Qurbanlı, 79
Qırmızı vərəqələr: Dioqo Almeyda, 83 - Kadi Borqes, 72 (təcavüzkar davranış)
Sarı vərəqələr: Dioqo Almeyda, 47, 83 (hakimin qərarına etiraz); Həzrət İsayev, 90 (qeyri-idman hərəkəti) - Marko Yankoviç, 90+2 (qeyri-idman hərəkəti) Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu, 3500 tamaşaçı
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı (79. Dioqo Kardozu, 60) 70. Mehdi Tahirov (44. Həzrət İsayev, 60) 94. Rafael Vieqaş (77. Elmir Rəhimzadə, 88) 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 97. Xəzər Mahmudov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 10. Nikola Karaklaiç
Baş məşqçi: Jorj Kaşkilya
“Qarabağ”: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 65) 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 85) 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel (20. Kadi Borqes, 65) 15. Leandro Andrade (22. Musa Qurbanlı, 65) 35. Pedro Bikalyo 17. Kamilo Duran (18. Dani Bolt, 85)
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 3. Sami Mmae 6. Kris Kuaku 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
17:00. “Zirə” – “Karvan-Yevlax” - 1:0
Qol: Davit Volkov, 20
Sarı vərəqələr: Vadim Abdullayev, 45+1 (qeyri-idman hərəkəti); Eltun Turabov, 74 (qeyriidman hərəkəti)
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu, 350 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 19. Rüfət Abdullazadə (7. Rövlan Muradov, 68) 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili (29. Ceyhun Nuriyev, 68) 5. Ange Mutsinzi 11. Junior Martins (73. Anatoli Nuriyev, 46) 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 14. Elçin Əlicanov 26. Stefan Aka 30. Rikardo Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 46) 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli (10. Samuel Durrant, 77) 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi (8. Peter Kings, 32) (17. Samir Abdullayev, 77) 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 42. İbrahim Qədirzadə 4. Olavale Doyeni
Baş məşqçi: Fizuli Məmmədov
Qeyd edək ki, turun qalan oyunları 15-16 fevralda keçiriləcək.














































































