UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son 4 cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə İtaliyada "Atalanta" ilə Almaniyanın "Borussiya Dortmund" komandaları üz-üzə gəlib.
Meydan sahibləri ilk matçdakı 1:3 hesablı məğlubiyyətin əvəzini uzatma dəqiqələrində penalti ilə çıxmağı çıxmağı bacarıb - 4:1. Bununla da "Atalanta" İtaliyanın 1/8 finalda çıxış edəcək yeganə komandası olub.
"Yuventus" Türkiyənin "Qalatasaray" komandası ilə cavab görüşünün əsas vaxtını 3:0 hesablı üstünlüklə tamamlayıb. Turin komandası son 2 qolunu azlıqda qaldığı vaxt vurub. İlk matçda "sarı-qırmızılar" 5:2 hesablı qələbə qazandığı üçün oyun əlavə vaxta gedib.
Bu bölümdə isə "Qalatasaray" 2 qol vurub. 105+1-ci dəqiqədə Viktor Osimhen, 119-cu dəqiqədə isə Barış Alper Yılmaz fərqlənib.
Bunula da Türkiyə klubu adını 1/8 finala yazdırıb.
Növbəti mərhələyə digər vəsiqələrə isə İspaniyanın "Real Madrid" və Fransanın PSJ komandaları sahib çıxıb. Onlar müvafiq olaraq, Portuqaliya "Benfika"sı və Fransa "Monako"sunu üstələyiblər.
-------------------------------
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son 4 cavab görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların yarısı İtaliyada, qalanları Fransa və İspaniyada təşkil olunacaq.
"Yuventus" Türkiyədə 2:5 hesabı ilə uduzduğu "Qalatasaray"ı qəbul edəcək.
"Atalanta" isə Almaniyanın "Borussiya Dortmund" komandasından 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Artıq "İnter" Norveç "Budö Qlimt"inə uduzaraq (1:3, 1:2), mübarizəni dayandırıb. "Yuventus" və "Atalanta"da məğlubiyyətlərin əvəzini çıxa bilməsələr, İtaliyanın 1/8 finalda heç bir təmsilçisi qalmayacaq.
Günün digər görüşlərinə gəldikdə, "Real Madrid"in Portuqaliyada 1:0 hesabı ilə məğlub etdiyi "Benfika" ilə öz meydanındakı matçı yenə gərgin mübarizə vəd edir.
Çempionlar Liqasının son qalibi PSJ isə səfərdə 3:2 hesabı ilə yendiyi "Monako"nu qəbul edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
25 fevral
21:45. "Atalanta" (İtaliya) - "Borussiya Dortmund" (Almaniya) - 4:1
Qollar: Canluka Skamakka, 5. Davide Zappakosta, 45. Mario Paşaliç, 57. Lazar Samarciç, 90+8 (pen.) - Karim Adeyemi, 75
Qırmızı vərəqələr: Niko Şlotterbek, 90+7; Rami Bensabaini, 90+7 (hər ikisi "Borussiya Dortmund")
İlk oyun - 0:2
00:00. PSJ (Fransa) - "Monako" (Fransa) - 2:2
Qollar: Markinyos, 60. Xviça Kvaratsxeliya, 66 - Manes Akliuş, 45. Cordan Teze, 90+1
Qırmızı vərəqə: Mamadu Kulibali, 58 ("Monako")
İlk oyun - 3:2
00:00. "Real Madrid" (İspaniya) - "Benfika" (Portuqaliya) - 2:1
Qollar: Orelyen Çuameni, 16. Vinisius Junior, 80 - Rafa Silva, 14
32-ci dəqiqədə "Real Madrid"in türkiyəli futbolçusu Arda Gülər qol vursa da, epizod zamanı ofsayd olduğu bildirilib və qol hesaba alınmayıb.
İlk oyun - 1:0
00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) - 3:2 (ƏLAVƏ VAXT - 0:2)
Qollar: Manuel Lokatelli, 37 (pen.). Federiko Qatti, 70. Ueston MakKenni, 82 - Viktor Osimhen, 105+1. Barış Alper Yılmaz, 119
Qırmızı vərəqə: Lloyd Kelli, 48 ("Yuventus")
İlk oyun - 2:5
Qeyd edək ki, pley-off mərhələsindən 1/8 finala ilk 4 vəsiqəyə Almaniyanın "Bayer", İspaniyanın "Atletiko", Norveçin "Budö Qlimt" və İngiltərənin "Nyukasl" komandaları sahib çıxıb.















































































