"Rəqibi təbrik edirəm. Onlar çempionluq uğrunda mübarizə aparan komandadır və bizdən güclüdürlər. Bunu qəbul edirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç səfərdə "Sabah"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis müdafiədəki kobud səhvləri arxa xətt oyunçusu Vüsal Paşayevin gənc və təcrübəsizliyi ilə əlaqələndirib: "Amma yenə də məsuliyyətli davranmaq lazımdır. Xüsusilə də müdafiədə".












































































