Qarabağ"ın futbolçuları Marko Yankoviç və Mateus Koxalski milli komandalara dəvət alıblar.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yankoviç Monteneqro millisinə, Koxalski isə Polşa yığma komandasına çağırılıb.
Monteneqro millisi martın 27-də Andorra, martın 31-də isə Sloveniya ilə yoxlama matçı keçirəcək.
Polşalılar isə martın 26-da evdə Albaniyaya qarşı DÇ-2026-nın pley-off mərhələsində üz-üzə gələcək.













































































