Martın 23-də futzal üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına başlayacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, dörd gün davam edəcək hazırlıq prosesinə 18 futzalçı dəvət olunub:
Qapıçılar: Rövşən Hüseynli (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)
Oyunçular: Tofiq Əliyev, Nihad İsmayılov, Emil Həsənzadə (hamısı Neftçi İK), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Eldar Zeynalov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Nurlan Məmmədov, Murad Quluzadə, Məhəmməd Abbasov, Həsənəli Rəhimov (hamısı Baku Fire), Pünhan Qasımov (U-19)











































































