Türkiyə milli komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində final matçına çıxıb.
Sportnet.az xəbər verir ki, "ay-ulduzlular" yayda baş tutacaq mundiala vəsiqə uğrunda görüşdə Kosovonun qonağı olub.
Priştina şəhərindəki Fadil Vokkri stadionunda təşkil olunmuş qarşılaşma qardaş ölkə yığmasının qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 53-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.
Beləliklə, Türkiyə millisi 24 ildən sonra dünya çempionatına vəsiqə qazanıb. Sonuncu dəfə DÇ-2022-də iştirak etmiş "ay-ulduzlular" bürünc medala yiyələnmişdilər.
DÇ-2026-da "ay-ulduzlular" ABŞ, Avstraliya və Paraqvayla D qrupunda mübarizə aparacaq.
31 mart
22.45. Kosovo - Türkiyə - 0:1
Qol: Kerem Aktürkoğlu, 53
Start heyətlər:
Kosovo: 1. Aryanet Muriç, 5. Lumbard Dellova, 13. Kreşnik Hayrizi, 21. Albian Haydari, 19. Dion Qallapeni, 15. Mergim Voyvoda, 20. Veldin Hoca, 6. Elvis Recbekay, 8. Floren Musliya, 11. Fisnik Asllani, 18. Vedat Muriç (k)
Ehtiyat: 12. Visar Bekay (qap.), 16. Amir Saipi (qap.), 2. Floren Haderconay, 3. Fidan Aliti, 4. Illir Krasniç, 7. Milo Raşitsa, 9. Albion Rrahmani, 10. Edon Jeqrova, 14. Valon Berişa, 17. E.Krasniçi, 22. Emerllahu, 23. Zaberca
Baş məşqçi: Franko Foda
Türkiyə: 23. Uğurcan Çakır, 15. Ozan Kabak, 14. Abdülkerim Bardakcı, 20. Ferdi Kadıoğlu, 2. Zeki Çelik, 10. Hakan Çalhanoğlu (kap.), 16. İsmail Yüksek, 11. Kenan Yıldız, 8. Arda Güler, 6. Orkun Kökçü, 7. Kerem Aktürkoğlu
Ehtiyat: 1. Mert Günok (q), 12. Altay Bayındır (q), 3. Eren Elmalı, 4. Samet Akaydın, 5. Salih Özcan, 9. Barış Alper Yılmaz, 13. Deniz Gül, 17. İrfan Can Kahveci, 18. Mert Müldür, 19. Atakan Karazor, 21. Yunus Akgün, 22. Kaan Ayhan
Baş məşqçi: Vinçentso Montella
Priştina, "Fadil Vokkri" stadionu














































































