İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem" bir neçə gün öncə yollarını ayırdığı İqor Tudorun əvəzləyicisini tapıb.
Sportnet.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, londonlular baş məşqçi postuna Roberto De Zerbini təyin edib.
İtaliyalı mütəxəssisin ən son klubu Fransanın "Marsel" klubu olub.
Qeyd edək ki, İqor Tudorun rəhbərliyi altında "Tottenhem" 7 görüşdə 5 dəfə məğlubiyyət , 1 heç-heçə və 1 qələbəyə imza atıb.








































































