Rəcəb Tayyib Ərdoğan Türkiyə milli komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazanması münasibətilə paylaşım edib.
Sportnet.az xəbər verir ki, Türkiyə Prezidenti sosial şəbəkə hesabında etdiyi paylaşımda pley-off finalında Kosovonu məğlub edərək mundiala yüksələn yığmanı təbrik edib.
Ərdoğan “Bizim Çocuklar”a müraciətində komandanın 24 ildən sonra yenidən dünya çempionatında çıxış edəcəyini vurğulayıb və ay-ulduzlu bayrağın futbolun ən böyük səhnəsində dalğalanacağını bildirib.
O, Türkiyə millisinin qrup mərhələsində Avstraliya, Paraqvay və ABŞ-la keçirəcəyi oyunlarda uğurlar arzulayıb, komandanın finala qədər irəliləyəcəyinə inandığını qeyd edib.
Türkiyə Prezidenti çıxışının sonunda futbolçulara müraciət edərək onların ölkə üçün qürur mənbəyi olduğunu bildirib və bütün oyunçuları təbrik edib.








































































