"Bu anların xəyalını qururduq. Hər zaman DÇ-2002-dən danışırdıq. İndi isə qardaşlarımız DÇ-2026-dan danışacaq".
Sportnet.az xəbər verir ki, bunu Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu səfərdə Kosovo üzərində 1:0 hesablı qələbə qazandıqları DÇ-2026-nın seçmə mərhələsinin final matçından sonra deyib.
Oyunda yeganə qolun müəllifi olan 28 yaşlı hücumçunun sözlərinə görə, onlar illərdir bu anı gözləyirdilər: "Şükürlər olsun. 24 il olmuşdu ki, bu anların xəyalını qururduq. Ölkəmizi, millətimizi qürurlandırmaq istəyirik. Bir-birimizlə elə yaxşı anlaşırıq ki, heç bir problemimiz yoxdur. Tək hədəfimiz var idi, bu gün gerçəkləşdirməyi bacardıq".
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın qrup mərhələsində Avstraliya, Paraqvay və ABŞ-la qarşılaşacaq.









































































