2026-cı il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin yekununa əsasən final mərhələsində çıxış edəcək 48 komandanın tam tərkibi bəlli olub.
Sportnet.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundiala son vəsiqələri qitələrarası pley-off mərhələsinin qalibləri Konqo Demokratik Respublikası (DR) və İraq milliləri əldə edib.
Konqo DR Yamaykaya 1:0, İraq isə Boliviyaya 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, mundialın qrup mərhələsinin tərkibi belə müəyyənləşib:
A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, DR Konqo
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.







































































