"Özümlə qürur duyuram. Bu işi kim görürsə-görsün, hər zaman uşaqlığından dünya çempionatında oynamağı arzulayır".
Sportnet.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella dünya çempionatının seçmə mərhələsinin finalında Kosovonu 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
51 yaşlı mütəxəssis bu nəticədən xoşbəxt olduğunu bildirib:
"Qəribə hislər keçirirəm. Sanki zirvədəyəm. Həm dünya çempionatı, həm də Avropa çempionatına vəsiqə qazanan ilk əcnəbi baş məşqçi oldum. Nəticə istədiyimiz kimi olmasaydı, bütün məsuliyyəti üzərimə götürməyə razı idim. Çünki komandam çox yaxşı mübarizə apardı. Ürəklə oynadı. Özümlə qürur duyuram. Bu hisləri sözlərlə tarif etmək çətindir".
Qeyd edək ki, mundial 11 iyunda start götürəcək.







































































