Bizon Azərbaycan Kubokunda 1/2 final mərhələsi start götürəcək.
Sportnet.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Bizon Azərbaycan Kuboku
1/2 final
3 aprel (cümə)
“Turan Tovuz” – “Zirə” – 2 oyun, +0=0-2, top fərqi 1-3
Komandaların əvvəlki duelləri 1/8 finalda bir oyundan ibarət olub. Hər iki matçda “Zirə” minimal fərqlə qalib gəlib.
| 2016/17 | 1/8 final | Turan Tovuz - Zirə (Bakı) | 0:1 |
| 2023/24 | 1/8 final | Zirə (Bakı) - Turan Tovuz | 2:1 |
“Qarabağ” – “Sabah” – 3 oyun, +1=0-2, top fərqi 12-8
Ardıcıl üçüncü mövsümdə görüşəcək rəqiblər bu dəfə yarımfinalda üz-üzə gələcək. Əvvəlki üç matçda hər iki komanda qol vurub.
| 2023/24 | 1/4 final | Sabah (Bakı) - Qarabağ (Ağdam) | 1:7, 4:3 |
| 2024/25 | final | Qarabağ (Ağdam) - Sabah (Bakı) |














































































