Bu gün Yüksək Liqada IV dövrəyə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, XVI turun ilk matçında iddialılar üz-üzə gələcək.
14:00. "Araz-Naxçıvan" - "Baku Fire"
Hakimlər: Knyaz Əmiraslanov, Hidayət Feyzullayev, Ramil Namazov
Hakim-inspektor: Murad Məmmədov
16:00. "Şuşa" – U-19
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hikmət Qafarlı
Hakim-inspektor: Azad Hüseynov
Oyunlar "Olimpik Star"da keçiriləcək.
Qeyd edək ki, "Lənkəran" maliyyə problemləri üzündən mübarizəni dayandırdığı üçün "Neftçi İK" komandasına 5:0 hesablı texniki qələbə veriləcək.











































































