"Barselona" gənc futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisi əfsanəvi futbolçularından olan Patrik Kluyvertin oğlu Şeyn Kluyvert ilə saziş bağlayıb.
Əldə olunan razılığa əsasən, niderlandlı oyunçu 2028-ci ilə qədər La Liqa klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, 18 yaşlı forvard hal-hazırda "Barselona"nın 19 yaşlılardan ibarət komandasında çıxış edir.















































































