Futbol üzrə Azərbaycan I Liqasının X turuna start verilib.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda MOİK doğma meydanda "Cəbrayıl"ı, qəbul edib.
3 qolun vurulduğu görüşdə Bakı təmsilçisi qələbə qazanıb.
İkinci matçda "Zaqatala" "Difai Ağsu"nu qəbul edib. Qarşılaşmada meydan sahibləri minimal hesablı qələbə qazanıb.
Günün son görüşü olan "Səbail" ilə "Baku Sportinq" qarşılaşmasında isə Bayıl təmsilçisi rəqibini 1:0 məğlub edib.
I Liqa, XX Tur
2 Aprel
MOİK - "Cəbrayıl" 2:1
Qollar: Kustis Ake 29', (MOİK), Firadin Abdullayev 34' ("Cəbrayıl"), Samir Məhərrəmli 90'+1 (MOİK).
"Zaqatala" - "Difai Ağsu" 1:0
Qol: Rəhman Şabanov 50' (Pen.) (Zaqatala)
"Səbail" - "Baku Sportinq" 1:0
Qol: Səbayıl Bağırov 86' (Səbail)
Qeyd edək ki, sabah tura "Mingəçevir" - "Şəfa" və "Şahdağ Qusar" - "Şimal" görüşləri ilə yekun vurulacaq













































































