İtaliya Futbol Federasiyasında ardıcıl 3 ayrılıq baş verib.
Sportnet.az xəbər verir ki, millinin baş məşqçisi Cennaro Qattuzo ilə yanaşı, qurumun Prezidenti Qabriele Qravina və idarəetmə heyətinin üzvü olan Cianluici Buffon da öz vəzifəsindən istefa verib.
Bu barədə insayder Fabritso Romano məlumat yayıb.
Bu qərarların İtaliyanın ardıcıl 3-cü dəfə Dünya Çempionatından kənarda qalması ilə bağlı olduğu bildirilir.














































































