Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Zirə"ni qəbul edib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol fasilədən sonra vurulub. 55-ci dəqiqədə Eren Aydın, 89-cu dəqiqədə Leroy Mikels fərqlənib.
Baş hakim Əliyar Ağayevin idarəçiliyi "Turan Tovuz" cəbhəsində xeyli narazılıq doğurub. O, komandanın iki aşkar epizodda penaltisini verməyib.
Digər yarımfinal matçında isə "Qarabağ" və "Sabah" üz-üzə gəlib. Bu qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqləniblər. Meydan sahiblərindən Kadi Borges, qonaqlardan Umarali Raxmonaliyev "dubl" edib.
Qeyd edək ki, cavab görüşləri aprelin 21-də və 22-də keçiriləcək.
----------------------
Tərəflər arasındakı son 10 qarşılaşmaya baxsaq, "Zirə"nin az fərqlə üstünlüyünü görərik. Qəsəbə təmsilçisi bu görüşlərdə 4 qələbə qazanıb, 3 dəfə məğlub olub və eyni sayda da heç-heçəyə razılaşıblar. Qeyri məhsuldarlığı ilə keçən oyunlarda qol nisbəti Bakı təmsilçisinin xeyrinədir - 8:7. "Turan Tovuz" son 5 matçında məğlub olmayıb - 3 qələbə və 2 heç-heçə. "Zirə" isə son 5 görüşdə 1 məğlubiyyətə, 1 bərabərliyə, 3 qələbəyə imza atıb.
------------------------------------
Tərəflər arasında keçirilən son 10 oyuna baxsaq, əsasən heç-heçələrin qeydə alınmasının şahidi oluruq. Bu matçlardan 5-i heç-heçə, 2-si "Qarabağ"ın, 3-ü də "Sabah"ın xeyrinə başa çatıb. "Turan Tovuz" - "Zirə" cütlüyünə nisbətən bu komandaların dueli məhsuldar olub. Qol fərqində Masazır təmsilçisi ağdamlıları üstələyir - 22:20. "Qarabağ" son 5 oyununda 3 dəfə qələbə qazanıb, bir dəfə məğlub olub və eyni sayda da heç-heçə edib. "Sabah" isə meydana çıxdığı son 5 görüşün biri bərabərliklə başa çatıb, son 4 matç isə Bakı klubunun qələbəsi ilə başa çatıb.
Bizon Azərbaycan Kuboku
1/2 final mərhələsi, ilk oyunlar
3 aprel (cümə)
17:30. "Turan Tovuz" - "Zirə" - 0:2
Qollar: Eren Aydın, 55. Leroy Mikels, 89
Sarı vərəqələr: Ruan Renato, 23 (qeyri-idman hərəkəti); Eren Aydın, 81 (oyunun bərpasının ləngidilməsi); Tiaqo Silva, 90+1 (oyunun bərpasının ləngidilməsi) Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Aleksandr Karnilov, 79 (hakimin qərarına etiraz) - Rəşad Sadıqov, 23 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 400 tamaşaçı
“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç (17. Rəhim Sadıxov, 28) 88. Faiq Hacıyev (k) (3. Enrike Silva, 73) 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe (11. Ayxan Hüseynov, 73) 9. Coş Cinnelli (99. İbrahima Vadji, 59) 2. Mark Rene Mampassi (5. Roderik Miller, 59)
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 8. David Tavareş
Məşqçi: Yunis Hüseynov
“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev (93. Brahim Konate, 67) 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov (11. Junior Martins, 73) 30. Rikardo Martins 20. İssa Cibrila (5. Ange Mutsinzi, 67) 17. Ayron Qomis (28. Leroy Mikels, 81) 22. Eren Aydın (8. İsmayıl İbrahimli, 81)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 10. Giorgi Papunaşvili
Baş məşqçi: Rəşad Sadıqov
20:00. "Qarabağ" - "Sabah" 2:2
Qollar: Kadi Borges, 29; 60 - Umarali Rahmonaliyev, 23; 65 (pen.)
Sarı vərəqələr: Joni Montiel, 47 (qeyri-idman hərəkəti); Elvin Cəfərquliyev, 80 (qeyriidman hərəkəti) - Rəhman Daşdəmirov, 14 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 86 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 21000 tamaşaçı
“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 75) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel (8. Marko Yankoviç, 75) 18. Dani Bolt 15. Leandro Andrade (22. Musa Qurbanlı, 80) 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev (20. Coy Lens Mikels, 67) 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça (6. Abdulax Xaybulaev, 89) 11. Kahim Parris (99. Patrik Mbina, 86) 7. Umarali Raxmonaliyev 19. Aron Maluda (10. Aleksey İsayev, 67)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas.













































































