"Qarabağ"ın futbolçusu Kadi Borgesin evdə "Sabah" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra Sportnet.az-a müsahibəsi:
- 2 dəfə fərqləndiyiniz matç haqqında nə deyə bilərsiniz?
- "Sabah"a qarşı çıxış etməyin çətin olduğunu bilirik. Yaxşı sistemləri, oyun tərzləri var. Bu gün yaxşı performans göstərdik. Növbəti görüş də var. Ona hazırlaşmalıyıq.
- Ev oyununda qələbə qazana bilməməyinizin səfər matçı üçün rəqibinizi sizdən avantajlı etdiyini düşünürsünüz?
- Yox. Heç nə dəyişməyib. Bizim daha çox azarkeşimiz, tamaşaçımız var idi. 11 nəfər 11 nəfərə qarşı oynayacağıqsa, hansısa üstünlükdən söhbət gedə bilməz.
- İlk hissədə penalti üçün etiraz etdiyiniz epizod və ümumi hakim qərarları haqda nə deyə bilərsiniz?
- Bunlar bizim idarə edə bildiyimiz faktorlar deyil. Biz yalnız öz futbolumuza fokuslanırıq.
- Bundan öncə belə bir rəqabət ən son nə zaman görmüsünüz?
- Bu tipdə rəqabətlərin baş verməsi ölkə futbolu üçün yaxşıdır. İnkişafa töhfə verir. Çempionluq uğrunda mübarizə artdıqca liqaya maraq da ciddi şəkildə artır.
- Ötən ilin noyabrında zədələnmişdiniz. Tamamilə sağalaraq öz formanıza qayıtdığınızı düşünürsünüz?
- Çox çətin idi. Ayağım sınmışdı. Bəzən yenə də ağrılar olsa da, mən yaxşı formada olduğumu düşünürəm. 99% sağaldığımı düşünürəm. Bir az da oynamağa ehtiyacım var ki, bu göstərici 100% olsun.
- Artıq mövsümün sonu yaxınlaşır. Gələn mövsüm üçün özünüzdə bu klubla davam etməyə enerji hiss edirsiniz?
- Mənə görə mövsüm başa çatmayıb. Hələ kubok var, liqa var. Hazırlaşmalı olduğumuz şeylər var. Bu barədə danışmaq üçün tezdir.
Mikayıl HACIYEV















































































